Abşeronda və Sumqayıtın bir hissəsində işıq sönüb
    • 1-08-2019, 00:09
    • 1 287

Abşeronda və Sumqayıtın bir hissəsində işıq sönüb

Abşeron rayonu və Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.
News24.az -ın "Report"a istinadən məlumatına görə, Xırdalan şəhəri Quşçuluq massivi, Abşeron rayonu Masazır qəsəbəsi, Məhəmmədi Kəndi, Sumqayıtın Yaşıldərə yaşayış massivində 2 saatdan artıqdır elektrik enerjisi təchizatı kəsilib.
Məlumata görə, fasilənin yaranma səbəbi Xırdalan elektrik yarımstasniyasından çıxan və qeyd edilən əraziləri qidalandıran 6000 kVt-luq gava ötürücü xətrin zədələnməsidir.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, hazırda qurumun əməkdaşları hadisə yerinə cəlb edilib və qarşıdakı 1 saat ərzində elektrik enerjisinin verilişi bərpa ediləcək.