Qırmızı işıqda keçən avtomobil piyadanı vurdu
    • 16-10-2024, 23:33
    • 413

Qırmızı işıqda keçən avtomobil piyadanı vurdu

Türkiyədə H.Ş-nin idarə etdiyi avtomobil qırmızı işıqda dayanmayıb və yolu keçmək istəyən Metehan A.-nı vurub.

News24.az xəbər verir ki, toqquşmanın gücündən piyada yıxılaraq xəsarət alıb. Qəzanı görən ətrafdakı vətəndaşlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Xəbərdarlığın ardından əraziyə sağlamlıq və polis qrupları sövq edilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə