Bu ölkədə it və pişikləri
    • Bu gün, 17:03
    • 566

Bu ölkədə it və pişikləri "işə göndərirlər"

Çində it və pişik sahibləri arasında yeni tendensiya yaranıb. Onlar ev heyvanlarını kafelərə işləməyə göndərməyə başlayıblar. 

News24.az xəbər verir ki, bu barədə CNN yazıb.

Bu tendesiya "Zhengmaotiaoqian" adlanır ki, bu da Çin dilindən "xeyirxahlıq üçün pul qazanmaq" kimi tərcümə olunur.

Ziyarətçilər belə bir müəssisəyə daxil olmaq üçün adambaşına 30-60 yuan (4-8,5 dollar) ödəyirlər və sadəcə olaraq bir fincan kofe kimi bir şey sifariş edə bilərlər. Bunların hamısı pişik, it və ya digər heyvanların əhatəsində vaxt keçirmək üçündür.

Qeyd edək ki, çinlilər belə kafelərə olan tələbatı sahibləri evdən uzaqda olarkən ev heyvanlarını hardasa yerləşdirmək ehtiyacı ilə birləşdirməyə qərar veriblər. 

Üstəlik, bu yolla, ev heyvanlarının sahibləri elektrik enerjisinə qənaət edə bilərlər: bir çoxları ev heyvanları üçün evdə kondisioner və ya işıqları yandırırlar.

Məryəm İlhamqızı