Böyük partlayış: ölən və yaralılar var
    • Bu gün, 18:23
    • 917

Böyük partlayış: ölən və yaralılar var

İngiltərənin paytaxtı Londonun Northumbria rayonunda baş verən partlayış nəticəsində 7 yaşlı uşaq ölüb, 2-si ağır olmaqla 6 nəfər yaralanıb. 

News24.az xəbər verir ki, səhər saatlarında baş verən partlayış nəticəsində demək olar ki, bütün ev dağılıb.

Northumbria polisinin baş nəzarətçisi Darren Adams bildirib ki, uşaq hadisə yerində ölüb, 6 nəfər "müxtəlif xəsarətlərlə" xəstəxanaya aparılıb və sakinlər evlərindən təxliyə edilib.

Hadisə yerinə gələn Adams bunun həyatında gördüyü "ən dağıdıcı partlayış" olduğunu deyib. O əlavə edib ki, partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Partlayışın səbəbi hələlik məlum deyil. Lakin partlayışın şiddəti səbəbindən terrordan şübhələniblər.

Məryəm İlhamqızı