Türkiyədə zavodda partlayış - Xəsarət alanlar var
    • 23-12-2021, 11:16
    • 416

Türkiyədə zavodda partlayış - Xəsarət alanlar var

Səhər saatlarında Türkiyənin cənubunda partlayış baş verib.

News24.az
"CNN Türk"ə istinadən xəbər verir ki, hadisə Osmaniyedəki tullantıların emalı zavodunda baş verib.

Partlayış nəticəsində azı altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Zavodda baş verən partlayışın səbəbləri hələlik müəyyən edilməyib.