Türkiyə ərazisinə iki mərmi atıldı - Cavab verilir
    • Dünən, 23:29
    • 841

Türkiyə ərazisinə iki mərmi atıldı - Cavab verilir


Türkiyənin Kilis rayonuna 2 minaatan mərmi atılıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Sputnik Türkiye" məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri hücuma cavab verir.

Məlumata görə, mərminin düşdüyü ərazidə yanğın baş verib.

Türkiyə Silahlı Qüvvələrinin hücuma "MLRA", artilleriya və tank atəşi ilə cavab verdiyi bildirilir.

Mərminin Suriyanın Azez şəhərindən gəldiyi iddia olunur.