Türk ordusu Suriyanın şimalında terrorçuları zərərsizləşdirdi
    • 26-05-2024, 21:12
    • 167

Türk ordusu Suriyanın şimalında terrorçuları zərərsizləşdirdi

Türk Silahlı Qüvvələri Suriyanın şimalında terrorçuları zərərsizləşdirib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

"Təcavüz atəşi açan terrorçulara eyni şəkildə cavab verildi. Qəhrəman Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Fərat Qalxanı bölgəsində təcavüz atəşi açan üç PKK terrorçusunu atəş dəstək vasitələri ilə zərərsizləşdirib" – deyə nazirliyin paylaşımında qeyd edilib.