Smart eynəklərin cəmiyyət üçün təhlükəsi aşkarlandı
    • 17-10-2024, 19:00
    • 266

Smart eynəklərin cəmiyyət üçün təhlükəsi aşkarlandı

İki Harvard tələbəsi "Meta" şirkətinin "Ray-Ban" smart eynəklərindən istifadə edərək insanların şəxsiyyət məlumatlarını anında ortaya qoyan layihə hazırlayıb.

News24.az lent.az-a istinadən xəbər verir ki, gənclər "Meta" eynəklərinin "Instagram"da canlı yayım xüsusiyyətindən istifadə edərək mövcud texnologiyaların üz tanıma texnologiyası və ictimaiyyətə açıq olan bazaları da daxil olmaqla təhlükəli üsullar olduğunu açıqlayıblar.

Süni intellekt bu canlı yayımlarda üzləri müəyyən edir və ictimai verilənlər bazaları vasitəsilə adlar, ünvanlar və telefon nömrələri kimi şəxsi məlumatları tapır. Bu məlumatlar daha sonra telefon proqramı vasitəsilə istifadəçilərə ötürülür.

Tələbələr layihələrindən zərərli məqsədlər üçün istifadə etməyi planlaşdırmadıqlarını və dərc etməyəcəklərini bildirirlər. Onlar vurğulayırlar ki, məqsəd mövcud texnologiyaların təhlükələrinə diqqət çəkməkdir.