-
- 18-10-2024, 02:25
- 822
Yeni ildən pensiyalar bu qədər ARTACAQ
Yeni ildən pensiyalar bu qədər artacaqÖlkəmizin dövlət büdcəsi həmişə sosialyönümlü olması ilə fərqlənir. Büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin ildən-ilə artırıldığının şahidi oluruq.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum pensiya yenidən artırılacaqdır.
News24.az bildirir ki, Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ölkədə prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq pensiyaların artımıyla bağlı sənədlər hazırlayaraq təqdim edib:
Yeni ildən pensiyalar bu qədər artacaq"İlk praqnozlarda da artım nəzərdə tutulur. Hazırda bu məsələ Milli Məclisin müzakirəsindədir. Amma artımın səviyyəsi ilə bağlı indidən nəsə demək mümkün deyil. Ümumi büdcə parametrlərinə baxdıqda görürük ki, təqribən 8-10% həcmində pensiyaların artımı gözlənilir".