"Anam vəzifəyə gəlməyimi istəmirdi" - Misir Mərdanov
    • 17-10-2024, 17:09
    • 369

"Anam vəzifəyə gəlməyimi istəmirdi" - Misir Mərdanov

"Mənim anam vəzifəpərəst adam deyildi. Anam çox gözəl və çox fəal xanım olub".

News24.az xəbər verir ki, bunu "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı sabiq Təhsil naziri, əməkdar elm xadimi Misir Mərdanov deyib.

Sabiq nazir anasının ailə həyatı qurduqdan sonra bütün həyatını həyat yoldaşına, övladlarına və qohum-əqrabasına həsr etdiyini bildirib:

" O, heç bir vəzifə daşımayıb və əslinə qalsa, vəzifənin nə olduğunu heç bilməyib. Anam mənim vəzifəyə getməyimi heç istəmirdi və çox narahat idi ki, nə olacaq, necə olacaq".

Ətraflı RTV-də izləyə bilərsiniz:

Günel Məlikzadə