Bakıda anbar yandı
    • 24-06-2019, 13:07
    • 696

Bakıda anbar yandı

Bakıda yanğın hadisəsi baş verib. 

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nizami rayonunda ümumi sahəsi 180 m² olan tikilinin (anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan tikinti materialları, yaxınlıqdakı birmərtəbəli evin xarici divarına quraşdırılan kondisionerin mühərriki yanıb. Yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;