Azərbaycan futbolçularına İngiltərə viza vermədi
    • Bu gün, 10:48
    • 266

Azərbaycan futbolçularına İngiltərə viza vermədi

Böyük Britaniyaya yollananda viza problemləri ilə üzləşdik. 

News24.az xəbər verir ki, bu sözləri 21 yaşlılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev müsahibə zamanı deyib. O, A və U-21 millimizin qapıçısı Yusif İmanovun da viza problemi olduğunu qeyd edib: "Böyük Britaniyaya yollananda viza problemləri ilə üzləşdik. Bir Samiqullinin, bir də Xəyal Fərzullayevin vizası var idi. Üçüncü qapıçı Rəvan Kazımov isə bizimlə ilk dəfə səfərə gedirdi. O da zədəli idi, gipsi qolundan yenicə çıxarmışdı. Yusif İmanovun viza problemi var, Rza Cəfərov da əsas yığmadadır,  Demək olar ki, səfərə iki qapıçı ilə getmişdik. Zədəli Rəvanı isə formal olaraq aparmışdıq. İngiltərəyə gedəndə 6 qapıçı üçün viza açdırmışdıq",- deyə o qeyd edib.                                                           

Onu da bildirək ki, viza problemi, artıq A millidə də müşahidə olunur. Belə ki, bu ilin yayında Avstrya səfəri zamanı millimizin müdafiəçisi Elvin Bədəlov da viza problemi yaşamışdı.                                                                                                                                          

Ağa