"Kişi və qadınların əmək haqları arasında fərqlər var" - BMT Baş katibinin müavini
    • 24-06-2019, 13:38
    • 714

"Kişi və qadınların əmək haqları arasında fərqlər var" - BMT Baş katibinin müavini

BMT-nin Dövlət Xidmətləri Forumunda Dövlət Sektoru üzrə Ümumdünya hesabatının təqdimatı keçirilib.

News24.az-ın xəbərinə görə, BMT Baş katibinin İqtisadi və Sosial məsələlər üzrə müavini Liu Zenmin deyib ki, vətəndaşların elektron məlumatlara əlçatanlığı təmin edilən ölkələrin sayı hər gün artmaqdadır.
O bildirib ki, əksər dünya dövlətlərində korrupsiya ilə mübarizədə təsisatlar yaradılır.
BMT Baş katibinin müavini vurğulayıb ki, kişi və qadınların aldıqları əmək haqları arasında fərqlər var.

Afaq Mirayiq