-
- 24-06-2019, 12:39
- 804
BMT baş katibinin müavini: “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir"
“Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Eyni zamanda Azərbaycan xalqına BMT-nin Dövlət Xidmətləri Forumunun Bakıda keçirilməsinə dəstək verdiyinə və qonaqpərvərliyinə görə dərin minnətdarlığımı bildirirəm”.
News24.az xəbər verir ki, bunu BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanda olduğuna görə özünü məmnun hiss etdiyini bildirib: “BMT adından Azərbaycan hökumətini “ASAN xidmət” təşəbbüsü münasibətilə təbrik edirəm və ümid edirəm ki, Azərbaycan hökuməti ilə BMT arasında əməkdaşlıq bundan sonra da davam etdiriləcək."
BMT Azərbaycanın uğurlu ASAN modelini yüksək qiymətləndirir. “ASAN xidmət”in təklif etdiyi səmərəli dövlət xidmətləri, innovativ transformasiya vasitəsilə 2030-cu il üçün dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm rol oynayır. Bu xidmətin nəticəsi olaraq formalaşmış dövlət-vətəndaş münasibətləri digər ölkələr üçün gözəl nümunədir”, - deyə BMT Baş katibinin müavini vurğulayıb.