Lerikdə yanan uşaq öldü - VİDEO
    • Bu gün, 10:24
    • 158

Lerikdə yanan uşaq öldü - VİDEO

Lerikdə yanıq xəsarətləri alan 2 yaşlı uşaq vəfat edib.

News24.az Cenublu.az-a istinadən xəbər verir ki, 2022-ci il təvəllüdlü Vüqar Abbaslı bu səhər aldığı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ötən gecə Lerik rayonunun Şinəbənd kəndində baş vermişdi. Odun sobasından çıxan alov 2 yaşlı uşağın və valideynlərinin üstünə düşmüşdü. Həmin vaxt valideynlər az yanıq xəsarətləri alsalar da, 2 yaşlı uşağın bədəninin 90%-i yanmışdı.

Araşdırma davam etdirilir.