Əlixan Mehdixanovun meyiti TAPILDI
    • Bu gün, 20:08
    • 8 409

Əlixan Mehdixanovun meyiti TAPILDI


Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisindən keçən kanalların birindən kişi meyiti aşkarlanıb. 

News24.az Shimal.News-a istinadla xəbər verir ki, meyitin 3 gün öncə itkin düşən qəsəbə sakini 70 yaşlı Əlixan Mehdixanova məxsus olduğu müəyyənləşib. 

Həmin şəxs ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. 

Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Onun hansı şəraitdə kanala düşdüyü məlum deyil. 

Hazırda fakt araşdırılır.