Əməkdar artist VƏFAT ETDİ - FOTO
    • Dünən, 21:04
    • 673

Əməkdar artist VƏFAT ETDİ - FOTO


Rusiyanın Əməkdar artisti və kinoaktyor Anatoli Qridin 94 yaşında vəfat edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Mariinski Teatrının saytında məlumat verilib.

Aktyor 95 illik yubileyindən bir gün əvvəl, oktyabrın 19-da dünyasını dəyişib.

Anatoli Qridin 20 oktyabr 1929-cu ildə anadan olub. Sənətçi Novosibirsk Teatrının xoreoqrafiya studiyasında təhsil alıb, Novosibirsk Opera və Balet Teatrında rəqs edib. 1953-1982-ci illərdə Mariinski Teatrının truppasının üzvü olub. Esmeraldada Gringoire rolunda səhnəyə çıxıb.

"Tamaşaçılar onu klassik rəqsin akademikliyini inanılmaz aktyor ifaçılığı ilə birləşdirən xarizmatik sənətkar kimi xatırladılar", - teatr qeyd edib.