YUĞ teatrının direktoru vəfat etdi - FOTO
    • 20-07-2020, 19:21
    • 2 774

YUĞ teatrının direktoru vəfat etdi - FOTO

YUĞ Teatrının keçmiş direktoru Cərayıl İsrafilov vəfat edib. 

News24.az xəbər verir ki, tanınmış teatr xadimi Cəbrayıl İsrafilov 69 yaşında vəfat rdib. O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb. 
1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb. C.İsrafilov, professor İsrafil İsrafilovun və YUĞ Dövlət Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun qardaşıdır.

Sevda Bayramova