-
- 20-10-2024, 23:43
- 339
Kremldən Silvanın qərarına reaksiya...
Kremlin sözçüsü Dmitri Peskov Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın BRİKS sammitinə gəlməmək qərarını rusiyalı həmkarı Vladimir Putinin Rio-de-Janeyroda keçiriləcək G20-yə getməməsi ilə əlaqədar olduğunu istisna edir.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə ТАSS məlumat yayıb.
“Bu fikir onun ağlına gələ bilməzdi”, - deyə o bildirib.
Qeyd edək ki, Braziliya Prezidenti səhhətində yaranan problemlərə görə BRİKS-ə gəlməyəcəyini rəsmi şəkildə bəyan edib.