-
- 21-10-2024, 07:42
- 420
Cəsəd yolun ortasına düşdü, SÜRÜCÜ ŞOK YAŞADI
Polşada küçədə hərəkətdə olan cənazə avtomobilindəki cəsəd yola düşüb cəsəd TIR sürücüsünü qorxudub.
News24.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə Staleva Vola şəhərində baş verib. Cənazə maşınının qapısında nasazlıq yarandığından cəsəd olan tabut yola düşüb və yük maşınının sürücüsünün təkərlərinin altına qalıb.
Yük maşınının sürücüsü adam vurduğunu düşündüyü üçün qorxub.
Mərhumun dəfninin üzərinə götürən “Hades” dəfn xidmətləri şirkəti hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb və ölən şəxsin yaxınlarına dərin təəssüfünü bildirib.
Teymur Məmmədov