Dəm qazından 5 nəfər zəhərləndi
    • Bu gün, 08:16
    • 182

Dəm qazından 5 nəfər zəhərləndi

Niğdedə 5 nəfər dəm qazından zəhərlənib.

Kömür sobasından sızan dəm qazından təsirlənən 4-ü uşaq olmaqla 5 nəfər Dövlət Xəstəxanasına aparılıb.

News24.az TRT-yə istinadən xəbər verir ki, ilkin müalicə alan 5 nəfər daha sonra başqa xəstəxanaya sövq edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə