Gəncədə iki nəfər dəm qazından zəhərlənib
    • 4-01-2023, 19:20
    • 241

Gəncədə iki nəfər dəm qazından zəhərlənib

Gəncədə iki nəfər dəm qazından zəhərlənib.

Hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb. 1970-ci il təvəllüdlü Mayıl Abdulayev və 1975-ci il təvəllüdlü Ruhiyyə Bağırova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşdıqları evdə dəm qazından zəhərləniblər. /APA/