Məşhur müğənni ərindən boşandı
    • Bu gün, 10:35
    • 295

Məşhur müğənni ərindən boşandı

Ukraynalı məşhur məşhur müğənni və aktrisa Anna Sedokova həyat yoldaşı, latviyalı basketbolçu Yanis Timma ilə boşanmaq üçün rəsmi müraciət edib. 

News24.az xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb.

32 yaşlı Yanis Timma və 41 yaşlı Anna Sedokova son illərdə bir neçə dəfə ayrılsalar da, sonra barışıblar. 

Lakin sonuncu mübahisədən sonra ifaçı boşanmaq qərarına gəlib. 

Anna Sedokovanın özü də bu yaxınlarda evliliyindəki problemlərdən danışıb: "Deyirlər ki, bir qadın boşandıqdan sonra daha gözəl olur. Bilirəm ki, məndəki həm xarici, həm daxili dəyişiklikləri görürsünüz”.

Qeyd edək ki, Anna Sedokova və Yanis Timma 2020-ci ildə evləniblər. Bu, müğənninin üçüncü evliliyidir. O, Belarus millisinin futbolçusu Valentin Belkeviç, eləcə də iş adamı Maksim Çernyavski ilə ailəli olub. 

Annanın əvvəlki münasibətdən üç övladı, Yanis Timmanın da ilk evliliyindən bir uşağı var.

Teymur Məmmədov