Yerə ən çox tüpürən xalqlar
    • 21-10-2024, 20:04
    • 427

Yerə ən çox tüpürən xalqlar

Dünyanın bir çox ölkələrində insanların rahat gəzə biləcəyi təmiz səkilər və küçələr uğrunda mübarizə getdikcə artır.

News24.az xəbər verir ki, dünyanın ən çox tüpürən ölkələri Çin və Hindistanda bu vərdişlərdən əl çəkmək üçün səylər artıb. 

Sinqapurda küçəyə tüpürməyə görə cəza 1000 ABŞ dolları olduğu halda, bunu aşan və rekordu qıran şəhər İspaniyanın Barselona şəhəri olub. Barselonada yerə tüpürərkən tutulsanız, 3000 avroya qədər cərimə oluna bilərsiniz. 

Sinqapurda saqqız çeynəmək və küçəyə saqqız atmaq qadağandır. Bunun üçün cərimə 100 min dollara çata bilər.

Dünyanın ən təmiz yolları və səkiləri olan ölkələrdən biri olan İsveçrədə yerə tüpürməyin cəzası 100 frankdır. Sürixdə bu rəqəm 200 frank qədər artırılıb. .

Almaniyada küçəyə tüpürməyə görə cəzalar müxtəlifdir. Brandenburqda açıq yerə tüpürməyin qiyməti 20 Avro, Kölndə isə 30-60 Avro arasındadır. 

İtaliyanın bəzi yerlərində küçəyə tüpürməyə görə cərimə 500 avroya qədər ola bilər.

Qeyd edək ki, çinlilər yerə tüpürməkdə liderlik edirlər. Hindistanlılar onun ardınca gedirlər.

Məryəm İlhamqızı