Bahar Dadaşova “Bakı Kristal Zalı”nın rəhbəri təyin olundu
    • 21-10-2024, 12:16
    • 306

Bahar Dadaşova “Bakı Kristal Zalı”nın rəhbəri təyin olundu

Gənclər və İdman Nazirliyinin tabeliyindəki "Bakı Kristal Zalı" MMC-nin rəhbəri dəyişilib.

News24.az banker.az-a istinadən xəbər verir ki, Bahar Dadaşova Ağaverdi qızı "Bakı Kristal Zalı" MMC-nin baş direktoru təyin edilib.

O, bu vəzifədə Natiq İbrahimov Valeri oğlunu əvəz edib.

Qeyd edək ki, "Bakı Kristal Zalı" 2012-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manatdır. Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə "Bakı Kristal Zalı" Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.