-
- 21-10-2024, 23:26
- 1 368
Həm yayda, həm də qışda üşüməyinizin SƏBƏBLƏRİ
Qış aylarında üşümək olduqca təbiidir. Bununla belə, bəzi insanlar həm yayda, həm də qışda üşüyürlər.
News24.az xəbər verir ki, insanların daim üşüməsinin səbəbləri bunlardır:
Dəmir çatışmazlığı: Dəmir çatışmazlığı anemiyası qansızlıq olaraq da bilinən bir xəstəlikdir. Soyuqlara qarşı dözümsüzlük və əzaların soyuması kimi əlamətlərlə özünü göstərir. Oksigen həm enerji istehsalında, həm də istilik istehsalında vacibdir. Dəmir səviyyəsinin azalması orqanizmin kifayət qədər oksigen daşımamasına səbəb olur. Bu həmçinin qan damarlarının daralmasının və istiliyi saxlamasının qarşısını alır.
Yod və tiroid problemləri: Yodun tiroid hormonunun istehsalında əhəmiyyətli yeri var. Orqanizmdə yod çatışmazlığı olduqda kifayət qədər hormon istehsal oluna bilməz və hormonların azalması isinmə probleminə səbəb olur. Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, tiroid hormonu səviyyəsi aşağı olan şəxslərin 80 faizindən çoxu bu problemlə üzləşir.
Omeqa-3 yağ turşuları: Omeqa-3 yağlarının tərkibindəki sağlam yağ turşuları hüceyrə membranlarının soyuqdan təsirlənməsinin qarşısını alır. Bundan əlavə, omeqa-3 yağ turşuları qan damarlarını genişləndirir və qan axını sürətləndirir, insanın isinməsinə şərait yaradır. Əgər tez-tez soyuqlayır və xəstələnirsinizsə, mütəxəssislərə müraciət edərək müəyyən vitamin və mineral qruplarının çatışmazlığını öyrənə bilərsiniz.
Məryəm İlhamqızı