-
- 4-11-2023, 08:54
- 465
Keçməyən yorğunluq bu xəstəliklərin carçısıdır
Yorğunluq və zəiflik səbəbindən bir çox xəstəlik inkişaf edə bilər. Məsələn, dəmir çatışmazlığı anemiyası. Orqanizmdə dəmir çatışmazlığı hemoqlobin səviyyəsinin azalmasına səbəb ola bilər ki, bu da yorğunluq və zəifliyə səbəb olur.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu sözləri terapevt Olesya Savelyeva “Gazeta.ru”ya müsahibəsində deyib. O bildirib ki, əgər sizdə bu simptomlar iştahın azalması, dəri və dırnaqların solğunluğu ilə birlikdə müşahidə olunursa, diaqnoz və müalicə üçün həkimə müraciət etməlisiniz.
"Artan zəifliyin ikinci səbəbi hipotiroidizm (tiroid hormonlarının çatışmazlığı) ola bilər. Hormonların aşağı səviyyədə olması bədənin özünü gümrah hiss etməsinə mane olur, bu isə nəticədə maddələr mübadiləsini və enerjini idarə etməyə imkan vermir. Daimi yorğunluq, apatiya, gücsüzlük və zehni zəiflik hipotiroidizmin əsas əlamətləridir.
Üçüncü səbəb xroniki yorğunluq sindromudur. Yuxunun və ya istirahətin miqdarından asılı olmayaraq, insan özünü daim yorğun və əzgin hiss edir. Bu patologiya olan xəstələrdə əzələ ağrısı, zəif konsentrasiya və zəiflik ola bilər", - terapevt vurğulayıb.
Eyni zamanda, mütəxəssisin fikrincə, zəiflik depressiyanı göstərə bilər. Dərd çəkən insanlarda enerjinin azalması, yuxu problemi, iştahın əzifləməsi, pis əhval və çarəsizlik hissləri müşahidə olunur. Bundan əlavə, terapevt əlavə edib ki, bəzən daimi yorğunluq hissi diabet, ürək və damar xəstəlikləri, xroniki böyrək çatışmazlığı, otoimmün xəstəliklər, infeksiyalar, xərçəngdən xəbər verir.