"Benfika"nın oyununda türk hakimlər
    • 21-10-2024, 23:12
    • 481

"Benfika"nın oyununda türk hakimlər

Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək "Benfika" (Portuqaliya) - "Feyenoord" (Niderland) matçı üçün hakim təyinatları açıqlanıb.

News24.az QOL.az-a istinadla xəbər verir ki, görüş Türkiyədən olan hakimlər briqadasına tapşırılıb. Referi Halil Umut Meler olacaq. Ona yan xətt hakimləri qismində Kerem Ersoy və İbrahim Çağlar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Arda Kardeşler yerinə yetirəcək.

Sözügedən matç oktyabrın 23-də "Benfika" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, "Benfika"da Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçü də çıxış edir.