Alimlər açıqladı: Yalnızlıq demansiya riskini artırır
    • 21-10-2024, 13:47
    • 412

Alimlər açıqladı: Yalnızlıq demansiya riskini artırır

Dünyada təxminən 600 min insan üzərində aparılan araşdırmaya görə, orta yaş və qocalıqda tənhalıq demans riskini 31 % artırır. Avropa İttifaqında (Aİ) təxminən 7,9 milyon insanı əhatə edən demensiyanın hələ də müalicəsi yoxdur. 

(Demensiya (lat. dementia — ağılsızlıq) — əsas xarakteristikası əvvəlki vəziyyətlə müqayisədə bir çox koqnitiv (əqli) qabiliyyətin pisləşməsi ilə gedən müxtəlif xəstəliklərin simptomlarından biridir.)

News24.az xəbər verir ki, tədqiqat tənhalığın təkcə sosial əlaqələrlə deyil, fiziki fəaliyyət, siqaret, spirt istifadəsi kimi genetik və həyat tərzi faktorları ilə də əlaqəli olduğunu vurğulayır.

Nature Mental Health jurnalında dərc edilən araşdırmalar göstərir ki, tənhalıq demans, Alzheimer xəstəliyi və damar demensiyası riskini artırır. Diabet və ya piylənmə olan yaşlı fərdlər üçün bu riskin daha yüksək olduğu da ifadə edilir.

Yalnızlığın idrak qabiliyyətinin zəifləmə riskini 15 faiz artırdığı da müəyyən edilib. Bu, yaddaş itkisi, qərar qəbul etmə və konsentrasiya problemləri kimi ümumi idrak funksiyalarının pozulmasına aiddir. Tədqiqat depressiya və sosial təcrid kimi digər potensial risk faktorlarını nəzərə alaraq demansın inkişafında təkliyin kritik rolunu vurğulayır.

İrlandiya, İsveçrə, Fransa, ABŞ və Çindən olan tədqiqatçılar tərəfindən aparılan bu araşdırma 21 yaşlanma araşdırmasının məlumatlarını bir araya gətirir.

Tədqiqatın aparıcı müəllifi Martina Luchetti, təkliyin koqnitiv sağlamlığa təsirini qeyd edərək, "Demans kontinuumu boyunca idraki simptomlara təsir edə bilən təkliyin müxtəlif növləri və mənbələri var" dedi.

Günel Məlikzadə