Bakıda qeyri-adi piyada: Küçədə lüt gəzdi
    • 21-10-2024, 15:05
    • 572

Bakıda qeyri-adi piyada: Küçədə lüt gəzdi

Paytaxt ərazisində küçələrdən birində lüt kişi görüntülənib.

Bu barədə Baku.ws-in "qaynar xətt"inə görüntülər daxil olub. Qeyd edilib ki, video Xətai rayonunda çəkilib.

Həmin şəxs əynində heç bir geyim olmadan çılpaq şəkildə küçədə addımlayıb.

Sözügedən görüntü ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı açıqlamasında bildirib ki, həmin şəxs müəyyən edilib və tibb müəssisəsinə yerləşdiriləcək:

"Qeyd edilən görüntülərdəki şəxs müəyyən olunub. O, 1990-cı il təvəllüdlü V.Ş.-dir. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq, ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi təmin olunacaq".