-
- 22-06-2024, 19:56
- 759
Bakıda qeyri-etik hərəkətlər edən daha bir şəxs həbs olundu
Paytaxtın Nizami rayonu ərazisində mənzillərin pəncərəsindən baxaraq qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.
News24.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya araşdırmalarla həmin şəxsin 42 yaşlı Pünhan Cabbarov olmasının müəyyən edilərək, saxlanıldığını bildirib.
Müvafiq qərarla P.Cabbarov 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bu gün daha bir şəxs də ictimai nəqliyyatda qadına qarşı qeyri-etik hərəkətə yol verib.