Çox su içmək ölümünə səbəb olacaqdı - DƏHŞƏT
    • 21-10-2024, 15:33
    • 507

Çox su içmək ölümünə səbəb olacaqdı - DƏHŞƏT

Özünü yaxşı hiss etmək üçün gündə təxminən dörd litr su içən Nina Munro, istifadə etdiyi dərmanların bədənində ciddi balanssızlığa səbəb olduğunu ancaq ölümlə üz-üzə gələndə anlayıb.

News24.az xəbər verir ki, həddindən artıq su istehlakı, soyuqdəymə və qrip üçün qəbul etdiyi dərmanlarla birlikdə Munronun bədən sistemini pozub. Onun beynində su yığılması ağır tutmalara səbəb olub. Munro xəstəxanaya yerləşdirilib və beş gün reanimasiyada qalıb.

Munro başına gələn dəhşətli hadisəni izah edərək, "Həkimlər mənə necə sağ qaldığımı anlamadıqlarını söylədilər. Yavaş-yavaş özümü boğurdum və hətta bunun fərqində deyildim" deyib.

Qeyd edək ki, Munro xəstəxanaya yerləşdirilməzdən bir neçə həftə əvvəl yüngül öskürək, soyuqdəymə və laringit daxil olmaqla müxtəlif sağlamlıq problemləri yaşayıb. Həkimlərin təyin etdiyi dərmanlar və daimi su qəbulu onun vəziyyətini pisləşdirib. Xəstəxanada uzun və çətin bir proses keçən Munro, artıq mayeləri daha diqqətli istehlak etməyə başlayıb.

Sağlamlıq mütəxəssisləri gündə orta hesabla altı-səkkiz stəkan su içməyin kifayət olduğunu bildirib. 

Həddindən artıq su istehlakı xüsusilə bəzi dərmanlarla birlikdə istifadə edildikdə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi üçün diqqətli olmaq lazımdır.

Məryəm İlhamqızı