-
- 21-10-2024, 15:47
- 441
“Dövlətimiz tapıb cəzasını verəcək” - Xalq artistindən AÇIQLAMA
Sosial şəbəkələrdə Xalq artisti Mənsum İbrahimovun ictimaiyyətin adət etdiyi ifa tərzinə zidd olan görüntülər paylaşılıb. Eyni zamanda, xanəndənin ünvanına tənqidi fikirlər yazılıb.
News24.az xəbər verir ki, BakuPlus.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Mənsum İbrahimov ilə əlaqə saxlayıb.
M.İbrahimov sosial şəbəkələrdə ona qarşı məqsədli şəkildə qarayaxma kampaniyası aparıldığını söyləyib:
“Mənə qarşı məqsədli qarayaxma kampaniyası aparılır. Özüm “TikTok” sosial şəbəkəsindən istifadə etmirəm. Həmin görüntülərdən xəbərsiz idim. Tələbələrim dedi ki, “müəllim, haqqınızda belə videogörüntülər yayılıb”. Səsimi montajlayıb, yayıblar. Bu gün rəsmi qurumlara müraciət etdim. Biz hüquqi dövlətdə yaşayırıq. O saxta səhifələri kim işlədirsə, kim açıbsa, bilinəcək. Dövlətimiz tapıb cəzasını verəcək. Hər kəsə nə olduğu aydındır”.