Sevdanın bu istəyi üçün böyük pullar lazımdır!
    • Bu gün, 16:00
    • 242

Sevdanın bu istəyi üçün böyük pullar lazımdır!

Əməkdar artist Sevda Ələkbərzadə bir müddət öncə açmaq istədiyi cazz məktəbindən danışıb. 

News24.az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin “Pərvizə görə” layihəsində açıqlama verib.

O bildirib ki, planı böyük xərclərə görə, baş tutmayıb:

“Hələ ki, alınmadı. Onun üçün bina lazımdır, böyük xərcləri var. Təbii ki, istək var ki, məktəb olsun, bina olsun, orada studiyalar olmalıdır. Böyük bir işdir. İnşallah, Allah yetirsin, arzum ürəyimdə qalmasın. Amin”.