-
- 21-10-2024, 16:30
- 396
Bu üsulla turş naringini şirin edin
Qış ayları dedikdə ağıla ilk gələn meyvələrdən biri olan naringi ən çox sevilənlərdəndir. Həm ləzzətli, həm də sağlam olan bu meyvə, immuniteti gücləndirmək, infarkt riskini azaltmaq, sümüklərin inkişafını təmin etmək kimi bir çox faydalar təmin edir. Ancaq bəzən naringilər olduqca turş ola bilər.
News24.az xəbər verir ki, turş naringiləri şirinə çevirmək üçün yaponlar tərəfindən istifadə edilən təsirli üsul var.
Bu üsulla naringilər cəmi 10 dəqiqə ərzində şirinləşəcək.
Əvvəlcə onları böyük və dərin bir qaba qoyun. Naringiləri tamamilə su ilə örtün, lakin suyun çox isti və ya soyuq olmadığından əmin olun. 10 dəqiqə gözlədikdən sonra bir naringi götürün və dadına baxın. Naringilərin dadı turşdursa, bu, prosesin hələ tamamlanmadığını bildirir.
Naringiləri daha çox şirinləşdirmək istəyirsinizsə, başqa bir formula da var.
Meyvələri buza batırdığınız zaman temperaturun dəyişməsi ilə onların turşusu yox olacaq və dadı dəyişəcək.
Məryəm İlhamqızı