Mandarinin dadını bəyənmədiyi üçün satıcını güllələdi
    • 7-12-2022, 17:26
    • 219

Mandarinin dadını bəyənmədiyi üçün satıcını güllələdi

Türkiyədə təqaüdçü polis satıcını güllələyib.

News24.az CNN Türkə istinadla xəbər verir ki, təqaüdçü polis Gürkan Erol bazarda Ömər Dönmezin piştaxtasından naringi alıb. Naringiləri bəyənmədiyini dedikdə isə onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Gürkan Erol lisenziyalı tapançasından satıcının qarnına və ayaqlarına atəş açıb, qonşu piştaxtada duran satıcını isə ayağından yaralayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Təqaüdçü polis isə həbs olunub.

Qumral Əliyeva