Bakıda tuneli su basdı, maşınlar batdı - Video
    • 22-10-2024, 07:44
    • 917

Bakıda tuneli su basdı, maşınlar batdı - Video

Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması paytaxt yollarında avtomobillərin hərəkətini çətinləşdirib. 

News24.az-ın məlumatına görə, yağan güclü yağışdan sonra tunelləri, yolları su basıb.

Bu səbəbdən yollarda ilişib qalan maşınlara aid bir sıra videolar sosial mediada yayılıb. Yayılan görüntülərin birində avtomobilin batdığını vətəndaşların sudan çıxmağa çalışdığını görülür.

Həmin görüntüləri təqdim edirik: