-
- 22-10-2024, 19:37
- 345
İşçisinə keçəl dedi: Məhkəmə görün nə qərar verdi
İngiltərədəki məşğulluq məhkəməsi kişini "keçəl" adlandırmağın cinsiyyətçi təhqir olduğunu müəyyən edib və bunu cinsi qısnama çərçivəsində hesab edib.
2021-ci ildə baş verən hadisədə müdirlə işçisi mübahisə edib və bu mübahisə zamanı işçisini “keçəl” adlandıraraq onu işdən çıxarıb.
News24.az "Mirror"a istinadən bildirir ki, işçi haqsız olaraq işdən çıxarıldığını iddia edərək, müdirinə qarşı məhkəmədə iddia qaldırıb.
Hakim qeyd edib ki, keçəl sözü bərabərlik qanunlarını poza bilər, çünki keçəl sözü "təbii olaraq genderlə bağlıdır".
Kişiyə “keçəl” demək, “qadınların sinələrinə şərh vermək”lə eynidir.
Hakim keçəl sözünün cinslə bağlı olduğunu deyib. O, bunun qadınlardan daha çox kişilərin keçəl olması ilə bağlı olduğunu söyləyərək, kişinin saçsızlığını şərh etməyin qadının sinə ölçüsündən danışmağa bərabər olduğunu vurğulayıb.
Məryəm İlhamqızı