Keçəl kişilər koronavirusu daha AĞIR KEÇİRİR
    • 5-06-2020, 20:04
    • 1 491

Keçəl kişilər koronavirusu daha AĞIR KEÇİRİR

ABŞ-ın nüfuzlu özəl universitetlərindən biri Braun Universitetinin professoru Karlos Vambier, koronavirusun keçəl kişilər üçün xüsusilə təhlükəli ola biləcəyini açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, alim keçəlləşmənin xəstəliyin ağır gedişatına səbəb olduğunu deyib.

Tədqiqatçılar, açıqlaybları ki, kişi hormonları olan androgenlər virusun yatırılmasına kömək edir və onların olmaması keçəlləşmə yaradır.

Göstərilən kimi statistika da bu hadisəni təsdiqləyir. Elm adamlarıbunu ABŞ-da COVID-19-dan vəfat edən ilk həkim, eyni zamanda keçəl olan Frank Gabrinanın şərəfinə "Gabrinanın əlaməti" adlandırıblar.

Madrid xəstəxanalarında COVID-19 olan xəstələrin ölüm statistikasına görə, virus diaqnozu qoyulmuş ölən kişilərin təxminən 79 faizi keçəldir.