Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - FOTOLAR

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - FOTOLAR
SİYASƏT

20-01-2020, 12:34

Mətn ölçüsü

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.