-
- 22-10-2024, 11:43
- 4 480
Ötən gecə sular altında qalan bu markalı avtomobillər olub - Ustalardan açıqlama
Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması paytaxt yollarında avtomobillərin hərəkətini çətinləşdirib, eyni zamanda onların sağlığına ziyan verib.
News24.az xəbər verir ki, yağan güclü yağışdan sonra tunelləri, yolları su basıb, onlarla avtomobil suda batıb.
Mövzu ilə bağlı News24.az Bakının ən böyük avtomobil servislərinin ustaları ilə əlaqə saxlayıb. Ustalar yağışın avtomobillərə vurduğu ziyanlar və servisə ən çox daxil olan markalar barədə danışıblar:
Usta Nail Məmmədov: “İşə hər gün saat 9-da gəlirəm, ancaq saat 6-dan müştərilərdən təxmini 10 zəng gəldi, ona görə saat 7-də işə çıxdım. 20-ə yaxın avtomobil gəlmişdi, əksəriyyəti "BMW"nin modelləri idi. Mühərrik və surətlər qutusuna ciddi ziyan dəymişdi. Ancaq "Hyundai" və "Honda"lar da var idi”.
Usta Ədalət Məmmədov: “Saat 10 tamamdır. 8 maşın daxil olub servisə, onlardan 4-ü "Chevrolet", 3 "BMW", biri isə "Changan"dır. Hər biri elektrik yanına gəliblər, daha doğrusu evakuator gətirib”.
Usta İkram İmaməliyev: "Açığı son 3 ildə belə yağış görünməyib. Gece yollarda olan maşınların 50 faizi usta yanındadır. Elektrik və mühərrik yaralarına müraciət çoxdur. 6 maşın daxil olub ki, yağan yağışda zərər çəkiblər. Çin avtomabilləri və "BMW" lərdir.
Usta Elvin Məlikov: “Muraciətlər çoxdur, 23-25 maşın usta yanına gəlib. Hər biri sedandır, yağan yağışa görə hündür maşın müraciət etməyib. Gələn maşınlara mühərrik və sürətlər qutusundan zərər dəyib. Aralarında Çin avtomabilləri, "Hyundai", "BMW" və "Chevrolet"lər çoxluq təşkil edir.
Ağa