Balıq idmançını öldürdü
    • 22-10-2024, 16:42
    • 415

Balıq idmançını öldürdü

36 yaşlı italyan sörfçü Giulia Manfrini İndoneziya sahillərində sörfinqlə məşğul olarkən saqran balığının qəfildən sudan sıçrayaraq sinəsini deşməsi nəticəsində ölüb.

News24.az Soz.az-a istinadən xəbər verir ki, sinəsindən 14 santimetrlik yara olan idmançını aparıldığı xəstəxanada xilas etmək mümkün olmayıb.

Giulia Manfrini sörfinqlə yanaşı snoubord-kross, slalom və snoubord idmançısı olub. O, bütün bu sahələr üzrə çempionluqlar qazanıb.