BMT Dövlət Xidmətləri Forumunun iştirakçıları üçün RƏSMİ ŞAM YEMƏYİ TƏŞKİL OLUNDU - FOTO - VİDEO
    • 25-06-2019, 12:13
    • 602

BMT Dövlət Xidmətləri Forumunun iştirakçıları üçün RƏSMİ ŞAM YEMƏYİ TƏŞKİL OLUNDU - FOTO - VİDEO

Ötən gün Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun iştirakçıları üçün mədəni tədbir təşkil olunub.

News24.az xəbər verir ki, tədbir Qarabağ atlarının gücünü və möhtəşəm bacarıqlarını əks etdirən şou ilə start götürüb. Daha sonra isə Azərbaycan Hökuməti adından təşkil olunan rəsmi şam yeməyi ilə davam edib. 

Tədbirdə Azərbaycan incəsənət ustalarının konsert proqramı təşkil edilib. Hüsniyə Məhərrəmova və Emin Musəvinin aparıcılığı ilə davam edən tədbirdə xalq artisti Natiq Şirinov, əməkdar artistlər Tünzalə Ağayeva, Hüseyn Abdullayev, Şəhriyar İmanov, Səbinə Babayeva, müğənni Çingiz Mustafayev səhnəyə çıxıb. Konsert zamanı qonaqlar yerli və xarici bəstəkarların unudulmaz əsərlərini dinləyiblər. 

Video: Fərid ŞABANOV