Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi sahəsi sahəsində ilk BMT tədbiri keçiriləcək
    • 20-06-2019, 12:00
    • 911

Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi sahəsi sahəsində ilk BMT tədbiri keçiriləcək

"Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir"

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iyunun 24-26-da Bakıda təşkil olunacaq BMT Dövlət Xidmətləri Forumu ilə əlaqədar mətbuat konfransında deyib.

Ü.Mehdiyev Forumun təşkilati məsələləri danışarkən bunları bildirib: "Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir. Forumun məqsədi dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə bu istiqamətdə qabaqcıl təcrübələrin mübadiləsidir. Forumda müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirlərinin, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur. Tədbir müxtəlif plenar sessiyalar, seminar və paralel tədbirlərdən ibarət olacaq. Eyni zamanda 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır".