-
- 22-10-2024, 19:21
- 247
2026-cı ildə çıxacaq “iPhone 18”lə bağlı DETALLAR
Gələcəkdə istehsal ediləcək "iPhone 18" iki nanometrlik çip və 12 GB operativ yaddaşla təchiz olunacaq.
Bu barədə "MacRumors" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, "Apple" 2026-cı ildə TSMC-nin 2 nanometrlik texnoloji prosesi ilə hazırlanmış A20 çipli "iPhone 18"i təqdim edəcək.
Yeni model cari "InFo" texnologiyasını əvəz edəcək WMCM texnologiyası ilə hazırlanmış çiplə təchiz olunacaq. Bu, CPU, GPU və çipsetin digər komponentləri arasında daha yüksək çeviklik və əlaqənin optimallaşdırılmasını təmin edəcək.
Bundan əlavə, smartfonun operativ yaddaşının 8 GB-dan 12 GB-a qədər artırılacağı bildirilir.
Analitik Ming-Çi Kuo qeyd edir ki, iki nanometrlik texnoloji prosesi ilə hazırlanmış çiplər yüksək qiymətinə görə yalnız "iPhone 18"in "Pro" versiyalarında istifadə olunacaq. TSMC-nin bu cür çiplərin kütləvi istehsalına 2025-ci ilin sonunda başlayacağı və "Apple"ın onları əldə edən ilk şirkət olacağı gözlənilir.
Qeyd olunub ki, mövcud "iPhone 16" və "16 Pro" modelləri üç nanometrlik texnoloji proseslə hazırlanmış "Apple A18" və "A18 Pro" çipləri ilə təchiz olunublar.//Qafqazinfo