Terrorla bağlı yalan məlumat verən şəxs tutuldu - AZƏRBAYCANDA ŞOK CİNAYƏT
    • 25-06-2019, 15:01
    • 1 125

Terrorla bağlı yalan məlumat verən şəxs tutuldu - AZƏRBAYCANDA ŞOK CİNAYƏT

Azərbaycanda terror aktının törədiləcəyi ilə bağlı polisə yalan məlumat verən şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Umudov Ceyhun Cavid oğlu telefonla polisə zəng edərək partlayışların törədiləcəyi barədə məlumatlar verib. Lakin onun ötürdüyü informasiya təsdiqini tapmayıb.

Ceyhun Umudov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216-cı, yəni terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə maddəsi ilə iş açılıb.

O tutularaq məsuliyyətə cəlb edilib.