Çörək əvəzinə turp yeyin - Canan Karatay açıqladı
    • 24-10-2024, 20:55
    • 1 543

Çörək əvəzinə turp yeyin - Canan Karatay açıqladı

Prof. Dr. Canan Karatay çörəyin zərərlərini açıqlayıb.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, Karatay "Bütün xəstəliklərin kökündə həddindən artıq istehlak edilən buğdadan hazırlanan çörək dayanır" deyə xəbərdarlıq edib.

Karatay səhər yeməyində çörək yerinə istehlak edilə biləcək qidaları açıqlayıb:

"Günün ən vacib yeməyi səhər yeməyidir. Əsl səhər yeməyi yesək, ac qalmayacağıq. Kənd yumurtası və yağı ilə omlet hazırlayın; Yanına təbii zeytun qoyub yesəniz aclıq hiss etməyəcəksiniz.Çörək yerinə çiy kök və turp əlavə edə bilərik.  Üstəlik, şəkərsiz qəhvə içə bilərsiniz".