-
- 10-10-2024, 22:37
- 534
Quyruq yağını bol-bol yeyin, çünki...
Türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis, professor Canan Karatay quyruq yağının faydalarından danışıb.
News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, heyvan mənşəli yağlar xolestrini tətiklədiyi üçün insanlar bu yağları istifadə etməkdə ehtiyat edir.
C.Karatay isə bildirib ki, bu yağlardan düzgün istifadə edilərsə, yalınız fayda verə bilər.
Onun sözlərinə görə, bədənin funksiyalarını dəstəkləyən quyruq yağı ömür uzadır.
Canan Karatay quruq yağının əridib işlədildikdə ən təbii və ən sağlam yağ olduğunu deyir. O söyləyib ki, bu növ yağlar olmadan hüceyrələr fəaliyyət göstərə bilməz.
Heyvanın onurğasının son hissələrində yerləşən bərk heyvan piyinə quyruq yağı və ya daxili piy deyilir. Tərkibindəki omeqa yağ turşularına əlavə olaraq, kalsium, kalium və dəmir kimi minerallar bədən funksiyalarını əhəmiyyətli dərəcədə dəstəkləyir, damarlardakı tıxanıqlığın qarşısını alaraq ürək sağlamlığını qoruyur, an təzyiqini nizamlayır, sinir hüceyrələrini gücləndirərək, iflic, titrəmə, revmatizma kimi problemlərin qarışını alır.
Həkim həmçinin əlvə edib ki, əridilmiş quyruq yağı dizlərdəki ağrıya da faydalıdır. Bu yağı əridərək ağrıyan yerlərinizə çəksəniz, sancıları azaldacaq və əzələ ağrılarını yüngülləşdirəcək.
Bununla belə professor mütləq həkimlə məsləhətləşməyi tövsiyə edir.