-
- 24-10-2024, 13:37
- 2 564
SON DƏQİQƏ: Xain hücumu edənlərdən birinin kimliyi MƏLUM OLDU
Türkiyə Daxili İşlər naziri Əli Yerlikaya TUSAŞ-da törədilən xain te*ror aktında zərərsizləşdirilən kişi terrorçunun şəxsiyyətinin müəyyən edildiyini açıqlayıb.
News24.az NTV-yə istinadən xəbər verir ki, Nazir Yerlikaya, "Dünən TAİ-də baş verən xain te*ror aktında zərərsizləşdirilən kişi te*rorçunun şəxsiyyəti müəyyənləşib. Xain PKK te*ror təşkilatı üzvü Rojger kod adlı Əli Örek olduğu müəyyən edilib. Şəhidlərimizə bir daha rəhmət diləyirik, yaralılarımıza şəfalar diləyirəm. Heç bir te*ror aktı bizi qorxuda bilməz!" dedi.
Qeyd edək ki, 5 nəfər şəhid olub, 22 nəfər yaralanıb. Səhiyyə Nazirliyi yaralılardan 8-nin evə buraxıldığını açıqlayıb.
Günel Məlikzadə