-
- 8-04-2024, 13:50
- 326
İki gündə: 12 ölü, 1966 yaralı
Türkiyədə bayramın ilk iki günündə 12 nəfər həyatını itirib, 1966 nəfər yaralanıb.
News24.az xəbər verir ki, Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında açıqlama verib.
Nazir Yerlikaya polis və jandarma yol qruplarının bayram günlərində yoxlamalarını davam etdirdiyini və ilk iki gündə baş verən qəzalarla bağlı məlumat paylaşdıqlarını bildirib.
Qəzalarda can itkisi və yaralananlara görə kədərlənən Yerlikaya bunları söylədi:
"Bayramın ilk 2 günündə (Şənbə və bazar günləri) 12 vətəndaşımızın həyatını itirməsi təəssüf doğurur. 1966 vətəndaşımız isə yaralanıb. Ölənlərə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirəm".
Günel Məlikzadə